Вход в систему

Enli lentşəkilli qurdlar. Öküz soliteri. Donuz soliteri. sistiserkoz.

Öküz soliteri. Taeniya saqinata                                                                                      Donuz soliteri. Taeniya solium. Sistiserkoz.                                                                   Enli lent şəkilli qurdlar. Difillobotrium latum.

Bu uzun,  lentşəkilli qurdlar haqqında çoxunuz eşidibsiniz. Onlar yoluxmuş adamların nazik bağırsağında yaşayırlar. Bu qurdların bağırsağa bərk yapışan başı, boynu və boyundan tədricən əmələ gələn buğumlu bədənləri var. Təsəvvür edin, 8 metrədək olan adam bağırsağında, uzunluğu 20 m çatan enli şəkilli qurd, 15 m dək öküz soliteri, 4 m dək olan donuz soliteri yaşayır, hərəkət edir!.

 

 

 

 

 

 

 

 

\\Yoluxma  tərkibində qurd sürfələri olan yaxşı bişməmiş ət yeyəndə olur. Ehtiyatlı olun!  Balıq ətində enli lentşəkilli qurdun sürfələri ola bilər!                                                                İri buynuzlu heyvanların ətində öküz soliterinin sürfələri ola bilər!                                             Donuz ətində donuz soliterinin sürfələri ola bilər! 

 Udullmuş sürfələr başları ilə nazik bağıırsağın daxili qatına yapışırlar. Burada həzm olunmuş qidanı, vitamin, mineralları mənimsəyərək, gündə 3-7sm böyüyürlər.  Yoluxmuş adamlarda bir ya bir neçə qurd ola bilər. Onlar 15 ildən çox yaşayırlar. 

                                                                                                                                                     Qurdların balalıq adlanan son buğumlarında vaxtaşırı milyonlarla yumurta yetişir.              Enli lentşəkilli qurdun yumurtaları nəcislə xaric olunurlar. Onların sonrakı inkişafı ancaq suya düşəndə olur. Qurdun sürfələri yumurtaları udan balıqların ətində cəmləşirlər.

Öküz və donuz soliterlərin balalıqları, yumurtalar yetişdikcə, qurdun bədənindən qopurlar Donuz soliterinin balalıqları bağırsaqdan nəcislə çıxır.                                                          Öküz soliterinin balalıqları isə bəzi xəstələrdə aktiv hərəkət edərək, özləri bağırsaqdan çıxıb,   bir neçə dəqiqə hərəkət edirlər.

İnəklər və donuzlar torpağa, otlara düşmüş yumurtalaru udanda yoluxurlar.  Heyvavların bağırsağında yumurtalardan sürfələr çıxıb, bağırsağın divarındakı qan damarlarına daxil olub , qanla  heyvanların əzələlərinə çatırlar, cəmləşirlər.

 Qurdların uzun olmalarına baxmayaraq, yoluxmuş adamlar illərlə heç bir narahatçılıq olmaya da bilər!

Başqa qurdlar kimi, lentşəkilli qurdlara yoluxanlarda  allergiya, səpmələr, giyişmələr, ishal ya qəbzlik, qan azlığı, baş ağrıları, öyümə, qusma, saç tökülməsi, aybaşı pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəyiflik, yorğunluq, yuxusuzluq və digər xəstəliklər ola bilir.

Bu qurdlara yoluxanlarda cüclü arıqlama, qan azlığı, bağırsaq keçməməzliyi, peritonit, pankreatit kimi təhlükəli ağırlaşmalar da olur.

 Diqqət! Donuz əti ilə udulmuş sürfələrdən bağırsaqda donuz soliteri inkişaf edir. Qurd yumurtalarını udanda isə, yumurtalar bağırsağın divarındakı qan damarlarına dahil olub, qanla mühtəlif orqanlara yayılurlar. 60-70 gündən sonra orqanlarda sürfələrin ətrafında diametri 5-15mm olan, sistiserk adlanan kapsul əmələ gəlir. Sistiserkləri müxtəlif orqanlarda aşkar edirlər - dəri altında, əzələlərdə, gözlərdə, baş və onurğa beynində, qara ciyərdə, ürəkdə, ağ ciyərlərdə və s. Beyində  olan sistiserklər baş ağrıları, öyümə, qusma, qıc olmalar, ensefalit, meningit, epilepsiya, parez, iflic törədə bilirlər.  Beynin əsasında sistiserkin uzunluğu 20 sm dək ola bilir, onurğa iliyinə doğru böyüyə bilir. Əksər hallarda belə xəstələr əziyyətlə ölürlər. Gözün daxilində  olan sistiserk gözü zədələyir, iltihablaşmalar törədir, görmə qabiliyyətinin zəifləməsinə və hətda tam itirilməsinə səbəb ola bilir. Gözün arxasında yerləşən sistiserk ekzoftalm, yəni gözün bərəlməsi yarada bilər. Xəstəlik sistiserkoz adlanır.

 Başqa qurdlar kimi, uzun lentşəkilli qurdlar da həmişə yumurtlamırlar. Ona ğörə də nəcis analizi bu qurdların da diaqnozunda  etibarlı deyil!

Öküz soliterinə yoluxan bəzi xəstələrdə vaxt aşırı qurdun balalıqları bağırsaqdan çıxıb, bədənində, paltarında hərəkət edirlər. Amma bu bütün xəstələrdə olmur!

 Lentşəkili qurdlarla əlaqəli sarsıdıcı məlumatlar da az deyil. O.İ.Eliseevanın “Xroniki və onkoloju xəstəliklərin müalicəsi” adlı kitabından misal:

2 aylıq körpəyə leykoz diaqnozu qoyulmuşdur (qan xərçənci). Uşaq o qədər zəyif idi ki, onun sağalmasına həkimlərin ümidi yox idi. Parazitoloqların təkidi ilə körpəyə qurda qarşı dərman verdilər.  Nəticədə uşağın bağırsağından 1m20sm uzunluğında qurd düşdü. Körpə tezliklə sağaldı. Görəsən körpə necə yoluxub? Qurdun sürfələri ətdə olur. Bəlkə qurdun yumurtası ananin barmaqlarından uşağın ağzına düşüb, udulub? Belə olsa da 2 aydan az müddətdə sürfədən 1m20sm uzunluğunda qurd əmələ gələ bilərmi? Bəlkə qurdun sürfəsi hamiləlik vaxtı anadan dölə keçib?Belə suallara hələlik tutarlı cavab yoxdur.

Rusiya xəstəxanalarının birində ürək əməliyyatı video lentə kəçilib.                                        USM ilə xəstənin ürəyində iri şiş aşkar edilib. Əməliyyat zamanı şişi kəsəndə həkimlər gözlərinə inanmadılar. Şişin içində bir neçə uzun lentşəkilli qurdlar yuva salmışdılar!!! Bu necə ola bilər?  Lentşəkilli qurdlar ancaq bağırsaqda yaşayırlar. Belə isə onlar ürəyə necə gəliblər? Bəlkə sürfələr elə burada böyüyüblər? Belə suallara da hələlik cavab yoxdur.

 Lentşəkilli qurdları dərmanlarla hə dəfə məhv eləmək olmur.“İmedislə” lentşəkilli  dəqiq diaqnoz edilir və rezonans tezliklərlə məhv edilirlər. Təcrübəmizdən maraqlı misallar:

 Xəstə K. 47 yaş. 2 ildir ki əllərinin şişməsindən, oynaqların ağrımasından əziyyət kəçirdi. O revmatizm diaqnozu ilə müalicə olunur. Artıq qan analizində böyrək çatışmamazlığı göstəriciləri artmışdı – qalıq azot, kreatinin.                              Biz “İmedislə” xəstənin nazik bağırsağında öküz soliteri aşkar etdik. Müalicəvi tezliklər seçdik. Qurdu rezonans tezliklərləməhv etdik. 2 aydan sonra oynaq ağrıları, şişmələr yox olmuşdu, qan analizləri normaldılar!  Oynaq xəstəliklərini bu qurdlar törətdiyini indiyədək heç yerdə yazılmayıb                                            “İmedisin” daha bir üstünlüyü var. Bəzi hallarda uzun lentşəkilli qurdları dərmanla bağırsaqdan qovmaq olur. Onları görən xəstələr və yaxınları çox qorxurlar!   “İmedis” qurdları rezonans tezliklərlə parçalayır. Nazik bağırsaqda olduqlarına görə, qurdların parçaları əriyir, bəlğəm şəklində, nəcislə çıxır.

 Xəstə 8 yaş. ABŞ - da 2 dəfə əməliyyat edilib. Diaqnoz: gözün setşəkilli təbəqəsinin çatlaması. Xəstəliyin səbəbini aydınlaşdırmaq mümkün olmayıb.  “İmedislə” Biz xəstənin gözündə sistiserkoz aşkar etdik. Müalicəvi tezliklər seçdik. Paraziti rezonans tezliklərlə məhv etdik. Müalicəvi tezliklər seçdik. Qurdu rezonans tezliklərlə məhv etdik. 

 Xəstə M.İ. 13 yaş. Diaqnoz: psoriaz (dəmrov).                                                                       1 ildən çoxdu ki, onun sol dizində psoriaz əmələ gəlib, böyüyür. Dəri həkimləri müalicə edir, lakin müalicə kömək etmir. "İmedislə" biz xəstənin nazik bağırsağında öküz soliteri aşkar etdik. Müalicəvi tezliklər seçdik. Qurdu rezonans tezliklərlə məhv etdik. 3 aydan sonra psoriaz yox oldu. 6 il keçib. Pasiyent sağalıb!