Вход в систему

Bioqrafiya

Mən 1976-cı ildə Moskvada Stomatoloji Tibb institunun müalicə isi fakultəsini bitirmişəm. 51 № -li xəstəhanada internaturada olanda  bir hadisə mənə çox təsir etdi. Nəzarətimdə olan palataya anemiya (qan azlığı) diaqnozu ilə  rəngi ağarmış, hemoqlobini 38 olan bir qadın qəbul olundu.. Xəstəyə bir ay  B12 vitamini, dəmir tərkibli dərmanlar verildi, lakin heç bir xeyri olmadı. Şöbə rəhbəri mənə tapşırdı ki çıxarış sənədini hazırlayım. Mən təəccübləndim, axı müalicənin heç bir faydası olmayıb. Rəhbərimiz bildirdi ki, bu xroniki anemiyadır. Səbəbi axıracan məlum deyil. Biz bacardığımızı edirik, ancaq bu xəstəliyim tam müalicəsi yoxdur. Ümumiyyətlə, əksər xroniki xəstəliklərin səbəbi bilinmir, tam müalicələri də yoxdur.

Həmin vaxtlar “Literanurnaya qazeta”da böyük bir məqalə çıxdı. Orada yazılmışdır ki, tanınmış artist A-nın oynaq xəstəliyi olub. Ona uzun müddət ən qabaqçıl klinikalarda mühtəlif müayinə və müalicələr tətbiq edilib, lakin heyiri  olmayıb. Sonra həkimlər ona bildiriblər ki, müasir təbabət bu xəstəliklə bacarmır. Əlacsız qalmış xəstə soraqlayıb, xalq təbabətinin sirlərini bilən bir təbib tapıb. Təbibin dərmansız müalicəsi A-nı tamamilə sağalıb.

 Artist  təbibdən Xalq təbabətinin sirlərini öyrənir və özü də xəstələrin müalicəsi ilə məşqul olur. Qəzetin bir neçə səhifəsində sağalmış adamların minnəttarlıqla dolu məktubları dərc edilmişdi. Bir məktub isə prokurorluğa ünvanlanmışdır... Nanəcibin birisi yazırdı ki, düzdür o məni sağaldıb, amma mənim şübhəm var – onun həkimlik diplomu var ya yox?

 Prokurorluq da diplomsuz müalicə ilə məşqul olduğuna görə təbibi 12 il həbs etdirdi.

Səhiyyə nazirliyi belə Təbiblərin təcrübəsini öyrənməkdənsə, bu qərarı dəstəklədi.

 İlk dəfə onda bildim ki, xroniki xəstəliklərin qarşısında aciz olan dərman müalicəsi ilə yanaşı, qadağan edilmiş, lakin xəstəlikləri sağalda bilən Xalq təbabəti var.

 Əksər həkimlər təəssüflə deyirdilər ki,  tibb institutlarında və dövlət tibb sistemində üstünlük dərman müalicəsinə verilir.  Əsirlər təcrübəsindən keçmiş Xalq təbabətinə  isə münasibət nəin ki qərəzlidir, hətda  hər fürsətdə onu qadağan edirlər.

İnternaturadan sonra 2 il Moskvada Təcili Yardım həkimi, daha sonrra 11 il A.V.Vişnevski adına cərrahiyyə İnstitunun reanimasiya şöbəsində işlədim. Bir çox hadisələrin şahidi oldum. Bəziləri haqda oxucularıma söyləməyi vacib sayıram.

1970-ci illərin axırında yəhudi ailələrinə Sovetlər Birliyini tərk etməyə icazə verdilər.

İş yoldaşım ABŞ-a köçmüş  bir həkimdən  məktublar, foto şəkillər alırdı. Hamımız həsədlə onun yeni avtomobilinə, ev şəraitinə baxırdıq. Gözlənilmədən xəbər gəldi ki, ona ABŞ da yaşamaq qadağan olunub. Səbəbi isə, təxminən, belə idi. Həkim xəstəsinə deyib ki, indiyədək onu müalicə edən həkimlər  düz diaqnoz qoymayıblar, müalicəsi də səhv aparılıb. Yəni,  başqa həkimləri xəstənin yanında pisləməsi onun ABŞ dan qovulnasına səbəb olub.

Moskvada işləyərkən mən dəfələrlə həkimlərin səhvinin şahidi olmuşam. Ancaq işləməyən səhv etməz! Lakin belə səhvləri kollektiv öz arasında müzakirə edirdi, onların bir daha təkrarlanmamasının yollarını axtarırdıq. Orta əsrlərdəki inkvizisiya dövründə olduğu kimi, tələsik prokurorluğa, nazirliyə xəbər göndərilmirdi!!

Reanimasiyada işləyəndə 2 nəfərin xərçəncdən (rakdan) sağalmasının şahidi oldum.

19 yaşlı balerina və 65 yaşında akademik təxminən eyni vaxtda əməliyyat olundular.

Diaqnozları da eyni idi - böyük retroperitonial sarkoma. Şiş böyrək ətrafından aorta və qarın boşluğuna tərəf böyümüşdü. Onu tam kəsmək mümkün deyildi. Əməliyyatın məqsədi ancaq şişin ayrı-ayrı hissələrini kəsmək və ətradakı orqanların əzilməsinin qarşısını almaq idi. Hər iki xəstədə əməliyyatdan sonra təhlükəli  ağırlaşmalar - peritonit, pankreatit  yarandı. Bir aya yaxın  intensiv müalicə aparıldı. Ağırlaşmaların qarşısı almaq mümkün oldu. Lakin  əməliyyat olunan yerdə əmələ gəlmiş dəlikdən mədəaltı vəzin şirəsi axırdı. Həkimlər qərara gəldilər ki, xəstələr 3 ay dincəlsin, özlərinə gəlsin, sonra təkrar əməliyatla  dəlik ləğv edilsin.

 Təkrar əməliyyatda həkimlər gözlərinə inanmadılar - xərçəncdən əsər-əlamət qalmamışdır!!!  Onda mən bildim ki, xərçəncə də qalib gəlmək mümkündür!

         Daha bir hadisə mənə çox təsir etdi. 9 yaşlı uşaq ürək qusuruna görə əməliyyat edilməli idi. Ona narkoz verəndə, ürəyi dayandı. Həkimlər ürəyi işlədə bildilər, ancaq əməliyyatdan imtina edildi. Xəstə reanimasiya şöbəsinə gətirildi.  4 gündən sonra mənim növbəm idi.

Xəstəyə hələ də aparatla süni nəfəs verilirdi. O ayılmamışdı, qızdırması 40, qarını çöpmüş, sidiyi yox idi. Həkimlərimizin onun sağalmasına ümidləri yox idi.

O vaxtlar sidiklə müalicə haqqında kitab oxumuşdum. Düşündüm ki, bu müalicə üsulunu da sınayım. Başqa xəstənin sidiyi ilə onu imalə etdirdim. Bədənini, pəncələrini, əllərini sidiklə massaj etdirdim. Zondla mədəsinə sidik tökdüm. Get-gedə xəstənin qızdırması düşdü, bağırsağı işləməyə başladı, ozünün sidiyi gəldi.

Bir sözlə, səhərə xəstə ayıldı, özü nəfəs aldı. Həkimlərimiz işə gələndə, çox sevindilər. Mən də onlara sidiklə müalicədən danışdım. Bir müddət bu üsulla 8 xəstəni ağır vəziyyətdən qurtara bildim. Lakin gözlənilmədən həkimlərimizdə fikir ayrılığı yarandı. Bəziləri sidiklə müalicəni dəstəkləyirdilər, başqaları isə qorxurdular ki,  bu işdən kimsə xəbər tutsun - onda biyabır olarıq!

Bizi heç kəs başa düşməz. Axı  plazmaferez, hemodializ kimi müasir qanı təmizləyən  üsullarımız var. Ona ğörə də şöbə rəhbərimiz sidiklə müalicəni qadağan etdi.

 Yenə də  Xalq təbabətinin gücünü və səhiyyə sisteminin ona olan münasibətin şahidi oldum.

Artıq yetişmiş həkim kimi  bilirdim ki, ənənəvi tibbin bəzi sahələri ( təcili yardim, reanimasiya, intensiv terapiya, cərrahiyyə və s.) xəstələri kritik vəziyyətdən çıxartmaq üçün çox vacibdir.. Bəs xroniki xəstəliklər? Axı onlarin heç biri dərmanlarla tam müalicə olunmur (məsələn, allergiya, bronxial astma, qan azlığı, baş ağrıları, yüksək qan təziqi, şəkər və s.). Xroniki xəstələr ömür boyu dərman qəbul edirlər, xəstəlikləri isə get-gedə güclənir, ağırlaşır. Özü də  bilmək olmur ki ağırlaşma  nədəndir – xəstəlikdən , yoxsa  dərmanlardan?

Belə vəziyyətlə razılaşa bilmirdim. Odur ki qeyri ənənəvi müalicə üsulları ilə maraqlandım. İcazə verilmiş belə üsullardan biri də homeopatiyadır. Bu müalicə üsulunun 200 ildən çox tarixi var. Banisi – alman professoru S. Hannemandır. 100 ildən artıqdur ki Moskvada, S-Peterburqda, Kiyevdə, Riqada homeopatik dərmanlar hazırlayan apteklər var.  Moskvada homeopatik poliklinikada həkimlər, professorlar işləyirlər. Buna baxmayaraq, soruşanda gördüm ki, iş yoldaşlarımın homeopatiyadan heç anlayışları yoxdur. Hüsusi kurslarda oxudum və əsas işimdən sonra özəl klinikada homeopat kimi işlədim.

Homeopatik dərmanlar ancaq təbii maddələrdən hazırlanırlar, özüdə mikro dozalarda. Homeopatiyanın prinsipi  belədir - əgər hər hansı bir maddə böyük dozada müəyyən əlamətlər yaradırsa, mikrodozada həmin əlamətləri ləğv edə bilər. Məsələn, çoxlu qəhvə içəndə yuxusuzluq, ürək döyüntüsünün artması, baş ağrısı ola bilər. Belə əlamətlər qəhvə içməyən adamlarda da olur.  Mikrodoza qəhvədən hazırlanmış homeopatik dərman belə pasiyentləri sağalda bilər. Homeopatiyanın müalicəvi gücünü daha yaxşı təsəvvür etmək ücün oz praktikamdan 2 misal gətirim:

38 yaşlı qadin qəbuluma qələndə dedi ki, artıq müalicələrə inanmıram. Sadəcə kiməsə “ürəyimi boşaltmalıyam”.  Sidik kanalımda qranulyasiyalar əmələ gəlir (xırda xallar).

Həkimlər  4 dəfə onları lazerlə yandırıblar (koaqulyasiya). Lakin yenidən əmələ gəlirlər. Təsəvvür etmirsiniz bu necə ağrılı əməliyyatdır! Bir daha yandırmaq təklif edilib.

Mən pasiyentə kantaris adlı homeopatik dərman məsləhət etdim. 10 gündən sonra həmin qadın 4 nəfər xəstə ilə yanıma gəldi və sevinclə sağaldığını bildirdi.  1 ilə yaxın  bu pasiyenti müşahidə etdim – tam sağalmışdı.

İş yoldaşımın bacısı öd yollarındakı daşlara görə əməliyyat edilmişdi.

Xəstənin öd axarına rezin boru  qoyulmuşdu. Əməliyyatdan sonra borunun kənarından qarın boşluğuna süzən öd təhlükəli ağırlaşma – peritonit yaratmışdı. Artıq əməliyyatdan.5 gün keçmişdi. Dərmanlar, elektostimulasiya dayanmış bağırsaqları hərəkətə gətirə bilmirdilər.

Əlacsız qalmış xəstə yaxın günlərdə ölə dilərdi.

 Düşündüm ki, peritonitin səbəbi öddürsə, onda öddən hazırlanmış homeopatik dərman onu sağalda bilər. Borudan axan öddən homeopatik dozada damcılar hazırladım. Xəstənin dilinin altına damcıladım.  Nəticədə ... bağırsaqlar işlədi!

Təəssüf ki, belə yaxşı nəticələr homeopatiya müalicəsində çox olmur.  Çünki,  hər əlamətə ğörə dəqiq dərman və onun dozasını seçmək çətindir. Odur ki, homeopatiya ilə yanaşı başqa müalicə üsullarını oyrənməyi vacib bildim (bitkilərlə müalicə, iynə sancma, yoqa, arı sancma və arı məhsulları ilə müalicə, zəli ilə müalicə, bağırsaqların, öd yollarının mühtəlif təmizləmə üsulları, manual terapiya, visseral xiropraktika, ac qalma ilə müalicə və s.).

Yaxşı nəticələr bir az da artdı. Lakin əksər xroniki xəstəliklərin səbəbləri məlum olmadığına görə, uğurlar çox vaxt müvəqqəti olurdu.

Bu zaman parazitlər və “İmedis” aparatı haqqında  tibb elmləri namizədi O.İ.Yeliseyevanın çox dəyərli kitablarını oxudum - “Xərçəng xəstəliyinin erkən diaqnozu”, “Qurdlar naməlum xəstəliklərin səbəbidirlər” və “Yeni təbabət viruslara qarşı”.

Bu kitablarda daxili orqanlardakı  qurdlar, ğöbələklər, viruslar, mikroblar əksər xroniki xəstəliklərin törədicisi olduğu çox aydın izah edilibdir. Göstərilib ki,  indiyədək  qurdların və dahili orqanlarda yaşayan ğöbələklərin nə dəqiq diaqnozu. nə orqanizmə təsiri barədə dəqiq məlumat yoxdur. Ona görə də əksər xroniki xəstəliklərin səbəbi bilinmirdi.

Kitablarda  yeni diaqnoz və dərmansız müalicə  üsulu - “İmedis” adlı aparat haqqında cox ümüdverici məlumatlar oxudum.  Bu cihazun köməyi ilə  xəstəlik törədən parazitləri, yəni qurdları, mikrobları, virusları, ğöbələkləri həmi dəqiq diaqnoz etmək olur, həmi rezonans dalğa ilə məhv etmək olur.  Nəticədə,  indiyədək “sağalmaz” sayılan bir çox xəstəliklərin sağalması haqqında çoxlu misallar  gətirilib.

O.İ. Yeliseyevaya məktub yazdım, “İmedisi”necə əldə edilməsini öyrəndim.Şükürlər olsun ki, 2004 –cü ilin fevral ayında hüsusi ihtisas kursunu bitirdim, “İmedisi” alıb, işə başladım.