Вход в систему

İnsanları xəstələndirən parazitlər haqqında nə bilirik?

Parazitlər, əsasən qurdlar haqqında sadə bir dillə yazılmış bu kitabça hər bir insanın qarşılaşdığı  təhlükəli xəstəliklərin qaynaqları və onlarla yoluxma yolları barədə məlumat verməsi baxımından çox dəyərlidir. Xəstələrin “İmedis” tipli cihazla müayinə və müalicə edilməsi də respublikamız üçün çox əhəmiyyətli bir yenilik hesab edilə bilər. Belə ki, ölkəmizdə çoxsaylı təbii ocaqları olan əksər parazit qurdların insanlarda demək olar ki qeyd edilməməsi, çox böyük təəccüb doğurur və laboratoriya müayinələrinin səmərəliliyinə şübhə ilə yanaşmağa  hər cür mənəvi əsas verir. Misal üçün, opistorxoz, metaqonimoz, şistosomoz kimi xəstəliklər törədən qurdların bizim çay və ğöllərimizdə bioloq-parazitoloqlar tərəfindən qeyd edilməsi və bu qurdlara balıq ətindən yüksək yoluxma ehtimalı olmasına baxmayaraq, xəstələrdə onlar praktiki olaraq aşkar edilməməsi, heç bir əsasla inandırıcı ola bilməz.

İnsanların bir çox parazitar xəstəliklərə yoluxması haqqında əsil mənzərəni üzə çıxarılma metodları məhdud və səmərəsiz olması, elmi tədqiqatların nəticələrini geniş xalq kütlələrinə inandırıcı şəkildə çatdırılmasını da qeyri-mümkün edir.

Klinika və xəstəxanalarda müəyyən edilən ağır xəstəliklərin əsas səbəbləri içərisində  qurdlar da ola biləcəyi ehtimalına demək olar ki yer ayrılməməsı,  parazit qurdların  “sağalmaz” xəstəliklərin yaranmasında həqiqi rolunu üzə çıxarmağa imkan vermir.

.Son zamanlar tibb elminin fizika, kibernetika və digər dəqiq elm sahələri ilə birgə fəaliyyətin nəticəsində meydana çıxmış yeni müayinə və müalicə cihazlarının tibbdə tətbiq sahələri  xeyli artmışdır. “İmedis” markalı cihaz  bu sahədə önəmli yerlərdən birini tutur.

Belə ki, ənənəvi baxışlara görə  respublikamızın ərazisində mövcud ola biləcəyi ehtimal  belə edilməyən bir çox parazitlərın “İmedislə”  xəstələrdə demək olar ki, kütləvi şəkildə müəyyən edilməsi,  parazitologiya sahəsində əlamətdar bir hadisə kimi qeyd edilə bilər. Ən azından , bu nəticə respublika ərazisində tapılan  parazit qurdlara qarşı münasibətin əsaslı şəkildə dəyişməsini tələb edən yeni dövrün başlanğıcı hesab edilə bilər.   

            Praktik misallarla zəngin olan, sadə və anlamlı bir dildə yazılmış bu kitabçanın

öz səhhəti qayğısına qalan hər bir insan üçün əhəmiyyətli bir vasitə ola biləcəyinə əminliklə, müəlliflərə bu istiqamətli fəaliyyətlərində yeni uğurlar diləyirəm.

             A.A.Manafov, biologiya elmləri namizədi, parazitoloq