Вход в систему

Bizquyruq qurdları

Enterobius vermikularis.

Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur. Yer əhalisinin təxminən 500 milyonu yaşından asılı olmayaraq bu xəstəlikdən əziyyət kəçir. Dişi qurdların uzunluğu 9-12mm, erkəklərin 2-5mm çatır.

Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Ömürləri 1 aya yaxındır. Adətən axşamlar dişi qurdlar düz bağırsaqdan çıxıb, oturacağın ətrafına yumurta qoyurlar, qaşındırırlar. Sonra bəziləri bağırsağa qayıdirlar və bir neçə saatdan sonra ölürlər. Bizquyruqlar qadınların, qızların cinsi orqanlarına, sidik yollarına  dahil olub, burada qaşınmalar, iltihablaşmalar törədə bilirlər. Yuxulu xəstə qaşınır. Yumurtalar onun dırnaqlarının altına, alt paltarına, yatağına düşür, ev tozuna qarışırlar və müxtəlif  əşyalarının üzərində 4 həftə yoluxucu qalırlar. Odur ki, yumurtaların yenidən udulması və ailənin (kollektivin) bir neçə üzvünün bizquyruğa yoluxması tez-tez olur.

Barmaqları sormaq və dırnaq yemək vərdişləri yumurtaların udulmasını asanlaşdırır. 

Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxırlar. Onlar 10-12 günə cinsi yetişirlər, cütləşirlər. Erkək qurdlar cütləşəndən sonra ölürlər. Dişilər isə 1 həftə sonra yumurtlamağa başlayırlar və bir neçə saat sonra ölürlər. Ancaq yumurtaların təkrar udulması nəticəsində xəstəlik aylarla, illərlə davam edə bilər!

Bizquyruqlar bağırsağın içindəki hazır qidanı yeyirlər, vitaminləri, mineralları mənimsəyirlər.

 Onlar bağırsağın iç qatına yapışırlar, zədələyirlər. Zədəli yerlərdə qansızmalar, iltihablaşmalar əmələ gəlir.

Bağırsaqdan çıxan qurdlar qadınların-qızların sidik- cinsi orqanlarına keçib, bu orqanlarda qaşınmalar, iltihblaşmalar törədə bilirlər.

Uşaqların gecələr yataqlarını islatması da bizquyruqlarla əlaqəli ola bilər.

Başqa qurdlarda olduğu kimi, bizquyruğa yoluxmuş adamlarda selik axma, diş qıcama, öyümə, allergiya, səpkilər, qaşınmalar, nevroz, yuxu pozulması, yorğunluq və s. əlamətlər ola bilər.

Hər kəsin bizquyruqlara özünə məhsus reaksiyası var. Kimisə heç nə nəraha etməyə  bilər, lakin onlar yoluxma mənbəyi kimi başqaları üçün təhlükəlidirlər.  

        Bizquyruğa yoluxmanın diaqnozu əkcər hallarda çətin deyil, çünki qurdu düz bağırsaqdan çıxanda görmək olur. Uşaqlara valideyinlər baxırlar, qurdları ğörürlər, amma yaşlılar nadir hallarda özlərində qurd ola biləcəyindən şübhələnirlər. Əksər həkimlərin yaşlılarda qurd ola bilməsi yadına düşmür.

Mənim təcrübəmdə qadınlar olub ki, cinsi orqnlarda qaşınmadan illərlə əziyyət kəçiblər. Dəfələrlə ginekoloqlara, dəri həkimlərinə müraciyyət ediblər, lakin heç kimin bizquyruqlar yadına da düşməyib. Moskvada işləyəndə də belə xəstələrə rast gəlmişəm.

Nəzərinizə çatdırım ki, bizquyruqların diaqnozunda “İmedislədə” səhv etmək olar.

Mmüayinə zamanı xəstənin bağırsağında bizquyruq yoxdursa,“İmedis” bunu təsdiq edir. Bir neçə gündən sonra udulmuş yumurtalardan çıxan bizquyruqların yeni nəsli 10-12 günə yetişir, bağırsaqdan çıxıb oturacağın ətrafına yumurta qoyur, qaşındırır.

Nəcis və oturacağın ətrafından götürülmüş analizlər etibarlı deyillər. Odur ki, bizquyruqların diaqnozunda əsas xüsusi əlamətlərdir - qurdları görmək və oturacaq ətrafının qaşınması.

 Bizquyruqları dərmanlarla və “İmedislə” məhv etmək olur. Çətinlik ondadır ki, qurdun yumurtaları 1 ay ərzində təkrar udulmasın. Biz  pasientlərə belə məsləhətlər veririk:

          Bütün ailə 1 ay ərzində

- yatanda əllərinə əlcək geyinsinlər ki, qaşınanda qurdun yumurtaları dırnaqların altında qalmasın.

-          Yatmaqdan əvvəl oturacağın ətrafına vazilen yaxmaq lazımdır ki, qurdlar çıxıb, yumurta qoya bilməsin.

-          Əlcəkləri, alt paltarları, mələfələri səhərlər qaynadıb, ütüləmək.

-          Tozlu yerləri, oyuncaqları, əşyaları yaş dəsmalla gündə azı 3 dəfə silmək.