Вход в систему

Askaridlər

                Askarid qurdları.  Asksris lumbricoides.

Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə Yer əhalisinin 60% askaridlərə yoluxub. Askaridlərin törətdikləri xəstəlik askaridoz adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət kəçir. Hətda 1 aylıq uşağın askaridoz olması haqda məlumat var.                Askaridlər  yoluxmuş adamın əsasən nazik bağırsağında yasayırlar. Dişi qurdların uzunluğu 25-45 sm, erkəklərin 15-25 sm çatır.

Yoluxmuş adamın bağırsağında bir neçə dənədən bir neçə yüzədək askaridlər ola bilər. Mayalanmış dişi qurdlar vaxtaşırı sutkada  250 000 dək yumurta tökürlər. Yumurtalar nəcislə torpağa düşsə, əlverişli şəraitdə 24 günə yetişirlər və 20 ildən çox yoluxucu  olurlar. Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Bağ- baxçalar insan nəcisi ilə kübrələnən yerlərdə askaridoz daha çox müşahidə olunur. Həşəratlar da qurd yumurtalarını ayaqlarında yayırlar.               Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxır. Onlar bağırsağın divarını və oradakı venoz qan damarını dəlib, qanla orqanlara yayılırlar. Təxminən 8 saatdan sonra sürfələr qara ciyərə, sonra ürəyə və bir sutkaya ağ ciyərlərin kapillyar qan damarlarına çatırlar. Onları da dəlib, nəfəs yollarına keçirlər, ağıza doğru hərəkət edirlər. Burada tüpürcəyə qarışırlar, udulurlar və yenidən nazik bağırsağa düşürlər. Nazik bağırsağda  sürfələrdən 2 aya cinsi yetişmiş askaridlər əmələ gəlirlər. Bağırsaqdakı askaridlərin ömrü 1 ilə yaxındır. Ancaq təkrar yoluxmalar nəticəsində xəstəlik illərlə davam edə bilər.                                                             İri qurdlar bağırsaqdakı həzmə hazır olan qidaları, vitamin-mineralları mənimsəyirlər. Əvəzində özlərinin nəcislərini-ifrazatlarını buraxırlar.  Zəhərli maddələr qana sorulub, bütün orqanlara yayılırlar. Askaridlər yoğun bağırsağa  keçib, kolit, appendisit törədə bilirlər. Hətda bağırsağı deşib, çox təhlükəli peritonit də törədə bilirlər.Öd yollarına, öd kisəsinə, mədəaltı vəzin axarına keçəndə sarılıq və bu orqanlarda irinli iltihablaşmalar yaradırlar.                Bəzən askaridlər qusuntu ilə ağızdan, burundan çıxırlar. Belə hallar xəstəni və yanındakıları çox qorxudur. Hərdən askaridlər nəcislə çlxırlar.                                                          Askaridlər qırtlağa keçib xəstənin ölməsinə səbəb olduğu hallar da həkimlərə məlumdur.        Qurdlar bir-birinə dolaşıb bağırsaq keçməməzliyi də yaradırlar.                              Askaridlərin sürfələri də təhlükəlidirlər. Onlar 2 həftə ancaq qanla qidalanırlar (gündə 0,5 litrə yaxın). Əvəzində ozlərinin nəcisləri-ifrazatları ilə yoluxmuş adamın qanımızı və başqa orqanlarımızı zəhərləyirlər. Sürfələr qanla hərəkət edən zaman nazik bağırsağı, venoz qan damarlararını, qara ciyəri, ürəyi,  ürəkdən ağ giyərlərə gedən qan damarlarını, ağ ciyərləri, bronxları, qırtlağı, udlağı,  tüpürcək vəzlərini, burun ətrafındakı boşluqları zədələyirlər. Zədəli yerlərdə qan sızmalar, iltihablaşmalar, çapıqlar əmələ gəlir.                                                                       Bəs askaridlərə yoluxanlarda hansı əlamətlər ola bilər?                                 Qarında ağrılar, selik axma, döş qıcama, öyümə, qusma, iştahanın pozulması, qan azlıöı, baş aörıları, özündən getmə, baş hərlənmə, allerjiya, dəridə səpkilər, qaşınmalar, saçların tökülməsi, ishal va qəbzlik və s. Həkimlər belə xəstəlikləri duadenit, enterit, eroziya, xora, disbakterioz, hepatit, endokardit, aritmiya, pnevmoniya, bronxit, bronxial astma, allergiya, anemiya, traxeit, larinqit, otit, limfadenit, qaymorit, miqren, nevroz adlandırırlar.                       Hər kəsin askaridlərə qarşı özünə məxsus reaksiyası var. Kimdəsə bu əlamətlərin bir  neçəsi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadəsi də müxtəlif olur. Kimsə nərahatcılıqlarına heç fikir vermir, başqasında isə əlamətlər güclü ifadə olunurlar.       Hamiləlik dövründə askaridoz xüsusən təhlükəlidir, çünki sürfələr anadan dölə keçə bilirlər. Əgər onlar dölün həyatı üçün vacib orqanları zədələsə, hamiləlik dölün ölümü, uşaq salma ilə qurtarır. Başqa orqanlar zədələnəndə doğulmuş uşaqda qüsurlar, eybəcərlik, anlaşılmaz xəstəliklər olur. Hamilələrdə öyümə, qusma halları tez-tez olur. Həkimlər bunu toksikoz adlandırırlar. Ehtiyatlı olun! Bunlar qurların  əlamətləri də ola bilər. Yeri gəlmişkən bir  həqiqəti  Sizə  xatırladım. Baytar həkimlər heyvanları cütləşdirməkdən əvvəl, onlara qurdlara qarşı dərmanlar, otlar verirlər ki, sağlam bala doğulsun. Bəs qadın məsləhəthanalarında? Əksər həkimlərin qurdlar heç yadına da düşmür.                                                          Askaridlər yaratdıqları xəstəliklər müxtəlif  olduğuna görə, xəstələr müxtəlif ixtisaslı həkimlərə müraciyət edirlər: terapevt, qastroenteroloq, hepatoloq, kardioloq, pulmonoloq, burun- boğaz, nevropatoloq, allerqoloq, ginekoloq, dermatoloq və s. İndi düşünün, harada bu qədər yaxşı həkimlər var ki,  qurdlardan  şübhələnsinlər və ilk növbədə qurda qarşı müalicə aparsınlar? Yaxşı həkimləri hər yerdə barmaqla saymaq olar. Əksər həkimlərin qurdlar heç yadına düşmür. Onlar xəstələri  qurddan başqa bütün müayinələrdən keçirirlər,  xəstəlikləri diaqnoz edirlər.  Nəticədə qurdlara qarşı  yox, ancaq onların törətdikləri xəstəliklərə qarşı müalicələr edirlər. Ona görə də xəstəlikləri tam sağaltmaq olmur. Həkimlərin qurdları unutmalarının əsas səbəbi etibarlı analizlərin  olmamasıdır.                                     Qurdlardan şübhələnən həkimlər xəstəni analizə göndərirlər. Askaridləri 2 növ analizlə diaqnoz edirlər.                                                                                                                           1. Bütün dünyada ən çox istifadə olunan - nəcisdə qurd yumurtalarını tapmaqdı.                         Nəticə mənfidirsə,deməli                                                                                                         a/ qurdlar yoxdu və ya                                                                                                                 b/ qurdlar var, lakin onlar yumrta tökməyib.

    Nəticə müsbətdirsə, deməli                                                                                                       a/ qurdar var və ya                                                                                                                     b/ qurdlar ölüb, yumurtaları qalı                                                                                    2.Askaridləri qan analizi ilə diaqnoz edirlər. Belə analizlərlə, qanda qurdlar yox, onlara qarşı əmələ gələn anticisim aşkar edilir. Odur ki, qan analizinin nöqsanları var. Analjzjn nəticəsi mənfidirsə. deməli                                                                                                                     a/ qurdlar yoxdu və ya                                                                                                                 b/ qurdlar var, anticisimlərin miqdarı analiz üçün yetərli deyil.

Analizin nəticəsi müsbətdisə. deməli                                                                                          a/ qurdlar var və ya                                                                                                                 b/ qurdlar olub, qanda anticisimlər qalıb.

Belə analizlər həkimləri və xəstələri çaşdırırlar.                                                                Askaridlər ən çox yayılmış və ən çox öyrənilmiş qurd  olmasına baxmayaraq, onlar haqqında biliklər hələ də azdır. Çətinlik ondadır ki, adamlarda yaşayan askaridlər heyvanlarda olmur! Ona görə də heyvanlar üzərində tətqiqatlar mümkün deyil.                 1971 ildə A.N.Brudastov və V.R.Lemeşev özləri askarid yumurtaları içib , onun inkişafını müşahidə ediblər. Askaridlər haqqında olan əsas biliklərə görə biz bu həkimlərə minnətdar olmalıyuq. Lakin, gözlənilməz müşahidələr də az deyil.  O.İ.Yeliseevanın “ Qurdlar anlaşılmayan xəstəliklərin səbəbidir” kitabından  misal:                                                            73 yaşlı qadının sağ tərəfli hidropnevmotoraksu olub ( sağ ağ ciyərin cırılması, plevra boşluğına maye və hava yığılması).  Plevra boşluğuna qoyulan borudan qanlı maye axırdı. Xəstəyə xərçənc (rak) diaqnozu qoyulub və dərmanlarla müalicə başlanıb. Bir necə gündən sonra ğözlənilmədən borudan 10 sm uzunluğunda askarid çıxıb. Bu uzunluqda qurd bağırsaqdan plevra boşluğuna necə gələ bilər? Bəlkə sürfələr miqrasiya vaxtı keçdikləri orqanlarda qala bilirlər və bu orqanlarda da böyüyüb yetkin qurdlar ola bilirlər?  Yoxsa yetkin qurdlar bağırsaqdan istənilən orqanlara gedə bilirlər? Belə suallara indiyədək cavab yoxdur.  Son illərdə askaridin yeni növü – Beyin askaridi-Askaris megasephalon aşkar edilib.      Bu qurdlar yoluxmuş adamların beyin nahiyəsində, burun ətrafındakı boşluqlarda məskunlaşırlar (xaş bişirənlər qoyunlarda  beyin qurdlarını tez-tez görürlər). “İmedisədək” beyin askaridini ancaq yarılan meyitlərdə aşkar edirdilər.                                         Askaridozun dərmanlarla müalicəsi də asan deyil. O.İ. Yeliseyeva  belə bir misal gətirir:    24 yaşlı qızda askaridoz aşkar etdim. Qızın reaksiyası gözlənilməz oldu:  “Doktor, mən elə bu qurdlara görə yanınıza gəlmişəm. Onlar məni həyatımdan bezdiriblər. Ərə gedə bilmirəm.  Heç bir dərman onlara təsir etmir. Qərara gəlmişəm – ya onlar sağ qalacaq, ya mən. 15 gündür ki aclıq müalicəsi edirəm. Onları acından öldürənə kimi ac qalacağam. İkinci dəfədir ki ac qalıram. Birinci dəfə 12 gün ac qaldım, ancaq kömək etmədi. Bütün əlamətlər yenidən qayıtdı: baş ağrıları, dəridə səpkilər, gecələr qaşınmalar yatmağa qoymur. Hansı ər mənimlə yaşayar?”                                                                                                                      Ancaq “İmedislə” askarid qurdları hansı orqanlarda olursa olsun nəinki aşkar edilirlər, hətda  rezonans tezlukl məhv edilirlər. Təcrübəmizdən bir neşə misallar:

Xəstə A. 35 yaş. 2 aydi onu səhərlər öyümə, hərdən qusma nərahat edir. Ümumi qan analizləri, US normaldılar. Qanında amilaza artıb. FQS ilə xəstənin 12 barmaq bağırsağında eroziyalar aşkar ediblər. Xəstəni hronik pankreatit, eroziv qastrir diaqnozu ilə müalicə edirlər, lakin onun vəziyyəti pisləşir.                                                                                              "İmedislə" biz askarid qurdları aşkar etdik. Müalicəvi tezliklər seçdik. Qurdları rezonans tezliklərlə məhv etdik. 2  həftədən sonra pasiyenti daha heç nə nərahat etmirdi! 

 Xəstə A. 14 yaş. 3 aydı onun saçları tökülür, iştahası yoxdu, ağzından pis qohu gəlir. Analizlər normaldı. Dəri həkiminə, uşaq həkiminı müraciyyət ediblər. Müalicə kömək etmir. Stomatoloji xəstəliyi yoxdu.                                                                                            "İmedislə" biz askarid qurdları aşkar etdik. Qurdları rezonans tezliklərlə məhv etdik. 2 gündən sonra xəstənin anası dedi ki, qız özü yemək istəyir. 4 aydan sonra o dedi ki, saç tpkülmə dayanıb, yeni saçlar çıxır, pis qohu daha yoxdu. 

Xəstə M.P. 33 yaş. Diaqnoz: allerjiya.                                                                                        4 aydı onu qarnındakı. sinəsindəki qırmızı qaşınan səpkilər nərahat edir. Dəri həkimi, allerqoloq a müraciyyət edib. Analizləri normaldı. Mülicə müvəqqəti kömək edir.        "İmedislə" biz askarid qurdları aşkar etdik. Müalicəvi tezliklər seçdik. Qurdları rezonans tezliklərlə məhv etdik. 2 aydan sonra onu daha heç nə nərahat etmirdi!

Xəstə M.A. 43 yaş.  Diaqnoz: baş ağrıları.                                                                      Xəstəni 1 ildən çoxdu tez-tez cüclü baş aörıları nərahat edir. Analizlər, başın, boyun fəqərələrinin MRT-si, US normaldldı. Dərmanlar qğrını nisbətən azaldır.                    "İmedislə" biz baş askaridi qurdları aşkar etdik. Müalicəvi tezliklər seçdik. Qurdları rezonans tezliklərlə məhv etdik.  2 aydan sonra pasiyent xəbər verdi ki, baş aörıları yox olublar!

  Xəstə M. 36 yaş. Diaqnoz: epilepsiya.                                                                                  16 ildir  xəstəni tez-tez özündən getmələr, qıc olmalar nərahat edir. Epilepsiya qarşı dərmanlar qəbul edir, lakin onlar kömək etmir.                                                             "İmedislə" biz baş askaridi qurdları aşkar etdik. Müalicəvi tezliklər seçdik. Qurdları rezonans tezliklərlə məhv etdik. 3 aydan sonra özündən getmələr, qıc olmalar yox oldu!